Putin hökuməti, yaxud "proletariat diktaturası" - REGİON

Rusiyalı ekspert: “Regionda münaqişələrin mövcud olması Rusiyanın etniklərə qarşı sərt siyasi taktikasının nəticəsidir”

Rusiya Cənubi Qafqaz və keçmiş sovet ölkələri ilə bağlı radikal siyasətini düyünə saldıqca daxildə də hakimiyyət əleyhinə çıxanların sayı artmaqdadır. Söz yox ki, həmin şəxslər rus hakimiyyətinin imperiya ambisiyalarının Rusiya üçün hansı nəticələ verdiyini və verəcəyini yaxşı dərk edirlər. Bu bir faktdır ki, Rusiyada prezident Vladimir Putin əleyhinə çıxanlar ölümlə hədələnir və təqiblərə məruz qalır. Əbəs yerə Rusiya müxalifəti Putini II Stalin adlandırmayıblar. Bir müddət qabaq Rusiya müxalifəti və insan hüquqları ilə məşğul olan qrupların ölkədəki Qərb şirkətlərinə müraciəti Rusiya hakimiyyətinin iç üzünü açmağa kifayət edir. Müxalifət liderlərinin iddialarına görə iqtidar onları boş yerə qəsd və terror cəhdlərində suçlayır, müxaliflərin Qərb hökumətlərindən pul aldığı təbliğ edilib. Həmçinin rus müxaliflər Putinlə düşmənçilikdə ittiham olunub. Müraciətdə Rusiyanın ən nəhəng dövlət şirkəti "Qazproma"a məxsus NTV telekanalının Kremlin "pepressiya maşını"nın tərkib hissəsi kimi göstərilib. Rusiyadakı kütləvi repressiyalar ədalət mühakiməsi olmadan "Gizli Polis" - "Çeka"nın qalığı olan rus KQB-si tərəfindən həyata keçirililir. Rusiya hökuməti yenidən "proletariat diktaturası" olmağı qarşısına məqsəd qoyub. Kremlin bu siyasəti etniklərdən çox Vladimir Putinin siyasi üstünlüyünü ifadə edir. Rusiyanın hakimiyyət dairələri bu siyasəti ilə yenidən Avropa və ABŞ qarşısında "burjua diktaturaları" tipində Qərb parlament demokratiyasını təsvir etmək istəyir. Keçmişə qayıdış Rusiya hakimiyyətinin etnikləri həqiqi diktatorial qaydada idarə etməsini göstərir. Sovetlərin qurulmasının ilk illərində olduğu kimi Putin Stalinin siyasi təcrübəsi fonunda məqsədinə çatmaq üçün qarşıya çıxan bütün qüvvələri Stalin kimi məhv etməyi qarşısına məqsəd qoyub. Putinin regionda yaşayan etniklərə qarşı izlədiyi aqressiv siyasətə nəzər yetirəndə Putinin kommunist lideri Qriqori Zinovyevin deyimlərinə sadiq qaldığının əyani şahidi oluruq. 1918-ci ilin sentyabrının ortalarında Zinovyev deyir: "Düşmənlərimizə qalib gəlmək üçün bizim özümüzün sosialist militarizmimiz olmalıdır. Biz ardımızca Sovet Rusiyasının 100 milyon əhalisinin 90 milyonunu aparmalıyıq. Bizim onlara deyəcək bir sözümüz yoxdur. Onlar məhv edilməlidirlər"

Həm daxildəki repressiyalar, həm də ki, regionda baş verən qarşıdurmalar Rusiyanın imperialist çərçivədən kənara çıxa bilməməsindən xəbər verir. Qafqaz və post-sovet məkanında baş verən münaqişələrin ortaya çıxmasında Rusiya əsas oyunçudur. Rus hakimiyyəti, ələlxüsus da prezident Putin dünya ictimaiyyəti qarşısında keçmişlə yaşayan ölkə imicini formalaşdırıb. Rəsmi Moskva hələ də öz imperiya ambisiyalarına sadiqdir, baxmayaraq ki, Rusiyada çar imperiyasının dağılması uzun zamandır.

"Rus elitası insanların azadlıqlarını əllərindən almağı əla bacarır"

Rus politoloq Nikolay Rozov da rus hakimiyyətinin təqiblərinə məruz qalanlardandır. Politoloq Rusiyanın səhv yolda olması qənaətindədir. Noyabrın 30-da Bakıda keçirilən mətbuat konfranısnda iştirak edən rus politoloq Nikolay Rozov sözün həqiqi mənasında Kremlin bütün ideyalarına zərbə vurdu. Rusiyadan olan Nikolay Rozov bəlkə də tədbirin sonunda ona ünvanlanacaq sual yağışından çəkindiyi üçünmü, yaxud da o da Rusiya daxilindəki müəyyən qüvvələr kimi heç də Rusiya hakimiyyətinin radikal siyasətinə bəraət qazandırmadı. "Amerikalılar öz çıxışına zarafatla, almanlar özləri haqqında məlumatlarla, ruslar isə özlərinə bəraət qazandırmaqla başlayırlar. Rusiya haqqında burada deyilənlərə çox təəssüf edirəm" Rozov çıxışında bildirib. "Rusiyanın radikal siyasəti zaman-zaman Rusiyanın parçalanma təhlükəsi ilə üz-üzə qoyub və onun qüdrətinin aşağı düşməsinə səbəb olub. Rusiya idarəedicilərinin siyasətinin ana ana xəttində etniklər arasında qarşıdurmalar yaratmaq dayanır" deyən politoloq Nikolay Rozovun sözlərinə görə,  Rusiya tez-tez problemlərlə üzləşir və yüksək mərtəbəyə qalxa bilmir: "Rus elitaları insanların azadlıqlarını əllərindən almağı bacarırlar. Rus siyasilərinin əsas işi öz elitalarına azadlıqlar verməkdir, çünki bu onların işinə yarayır. Bu da Rusiya daxilində durğunluğa səbəb olur. Rusiya təsiri altına almaq istədiyi ölkələrdə onunun maraqlarından xidmət edən rejimlərin uzunmüddətli hakimiyyətini istəyir. Rusiya demək olar ki, öz təsiri altına aldığı ölkələrdə demokratiya yox dərəcəsindədir. Məsələn, Ukraynada Yuliya Timoşşenko hakimiyyətə gəlməyə israr edir, bu onun göstəricisidir ki, orada demokratiya yoxdur. Ancaq, bu həmişə belə olmayıb. Məsələn, Gürcüstanda Mixail Saakaşvili hakimiyyətdən getdi və heç bir təpki göstərmədi, əksinə anlayışla qarşıladı. Demək ki, Gürcüstanda demokratiya var. Lakin, Rusiyanın güc yolu ilə təsiri altına almaq istədiyi ölkələrdəki, təsir dairəsi heç də uzunmüddətli olmur. Ukrayna, Qırğızıstan və Gürcüstan nümunələri buna misal ola bilər. Regionda münaqişələrin mövcud olması liberalizmin olmaması və yaxud az olması ilə yox Rusiyanın etniklərə qarşı sərt siyasi taktikasının nəticəsidir. Dağlıq Qarabağ münaqişəsi təkcə etnik qarşıdurmaların mübarizəsi yox Rusiyanın da xarici müdaxiləsinin nəticəsidir"

Mənsur Rəğbətoğlu  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00