İctimai Palata siyasi təşkilata çevrilə bilər - AÇIQLAMA
Zakir Hüseynov: “İctimai Palatanın hər hansı bir siyasi təşkilata çevrilməsi yox, Palatanın dağılması daha realdır”
20 Dekabr 2012 14:26 Siyasətİctimai Palatanın müxalifətə daxil olan siyasi partiyaların təşkilatına çevrilməsi barədə məlumatlar yayılıb. Siyasi icmalçıların fikirlərinə inansaq? İP daxilində böhran baş verdiyi bir vaxt siyasi partiyaların Palata daxilində təşkilat halında birləşməsi o qədər də inandırıcı deyil. Məsələyə münasibət bildirən ADP sədrinin müavini Zakir Hüseynovun sözlərinə görə İctimai Palatanın bundan başqa hər hansı bir quruma çevrilməsi inandırıcı deyil: "İctimai Palata zatən siyasi partiyaların iştirakı ilə yaranmış bi qurumdur. Bunun tərsinə olan proses heç vaxt ola bilməz. Ümumiyyətlə İctimai Palatanın hər hansı bir siyasi təşkilata çevrilməsi yox? Palatanın dağılması daha realdır. İP daxilində proseslər indiki kimi davam etsə Palata dağılacaq və siyasi partiyalar öz yolu ilə gedəcək" ("OLAYLAR" İA)