Avropa Şurasında Azərbaycan müzakirələrinin vaxtı bilindi

Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsinə həsr olunmuş hesabat AŞPA-nın yanvarın 21-25-də Strasburqda keçiriləcək qış sessiyasının gündəliyinə daxil edilib.
APA-nın məlumatına görə, həmməruzəçilər Pedro Aqramunt və Cozef Debone Qrexin hazırladığı hesabat, həmçinin Kristofer Ştrasserin "Azərbaycanda siyasi məhbuslar məsələsində atılmalı olan addımlar" adlı hesabatı sessiyanın 23 yanvar iclasında müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00