Vitse-prezident: “Biz Azərbaycan torpaqlarının işğal faktı ilə barışa bilmərik”
20 Dekabr 2012 11:57 Siyasət"Biz Azərbaycan torpaqlarının işğal faktı ilə barışa bilmərik. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə öz həllini tapmalıdır. Biz Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirik". Bunu ölkəmizdə səfərdə olan Baltik Assambleyasının vitse-prezidenti Raymonds Veyonis Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə deyib. Vitse-prezident bildirib ki, müasir dövrdə bir dövlətin başqa bir dövlətin ərazisini silah gücünə işğal etməsi yolverilməzdir. O, əlavə edib ki, təmsil etdiyi qurum GUAM-la əməkdaşlıqda maraqlıdır: "Bu gün GUAM-ın beynəlxalq təşkilat kimi nüfuzu günbəgün artır. Biz çalışırıq ki, GUAM-ın Avropa İttifaqı ilə əlaqələrini inkişaf etdirək və bu ölkələrin Avropaya inteqrasiyasına yardım göstərək".