İrəvan xanlığının işğalının 185 illiyi qeyd ediləcək

Dekabrın 29-da İrəvan xanlığının Rusiya tərəfindən işğalının 185 illiyi ilə əlaqədar olaraq konfrans keçiriləcək. Bu barədə "OLAYLAR"-a məlumat verən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib ki, konfrans rəhbərlik etdiyi partiyanın Qərbi Azərbaycan Departamenti tərəfindən keçiriləcək. Partiya sədri bildirib ki, konfransdan sonrakı dövrdə isə beynəlxalq təşkilat və qurumlara Qərbi Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalması, ermənilərin orada apardıqları etnik təmizləmə siyasəti barədə müraciətlər ünvanlanacaq. Həmçinin soydaşlarımıza dəyən maddi və mənəvi zərərin qarşılığında təzminat verilməsi məsələləri qaldırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00