Rusiya müxalifəti Putinə qarşı təşkilatlanır

Rəsmi Moskva rus müxalifətinin siyasi təşkilatlarla birləşməsindən narahatdır

Rus müxalifəti Putinə qarşı açıq mübarizəyə o qədər də maraq göstərmir. Müxalifət düşərgəsində hərəkətlilik azalır, insanlar Putinə etiraz olaraq küçələrə çıxmağa az maraq göstərir. Lakin nəticə etibarilə müxaliflər Vladimir Putinin tezliklə öz kreslosundan aşmasını gözləyirlər. Əslində müxalifətin səssizliyi çərçivəsində Rusiya daxilində müxtəlif proseslər gedir. Yeni, Putinə qarşı çox çətin müxalifət formalaşır. Rus müxalifətində mövcud olan inkişaflar müxaliflərin Putinə qarşı təşkilatlanmasıdır. İndiki məqamda Rusiya müxalifətinin məhz mövcud hakimiyyətə qarşı çıxışları təşkilati xarakter daşıyır. İdeoloji prinsip baxımından rus müxalifləri arasında biri-birinə yaxın olan insanlar var. Rusiya müxalifləri 3 müxtəlif və ciddi siyasi sektora bölünüb. Bu müxalifətin mərkəzində müxtəlif ziyalılar, qeyri-radikal gənclər - sağ, tamamilə müxtəlif zolaqdan ibarət sosialistlər və sol cinah dayanır. Hər halda müxalifətin bu addımları Rusiyada hakimiyyət dəyişikliyinə aparan yolda Kreml tərəfindən ciddi olay kimi qarşılanmalıdır. Məsələyə münasibət bildirən politoloq Ərəstun Oruclunun sözlərinə görə Rusiyada qısa müddətdə hakimiyyət dəyişikliyi indiki məqamda elə də inandırıcı görünmür: "Nəticədə rus müxalifəti Rusiya iqtidarına qarşı təşkilatlanmağa başlayıbsa bu Kremldə hakimiyyət dəyişikliyinə aparan yoldur. Rusiyada hakimiyyət dəyişikliyinin baş verməsi müxalifətin seçdiyi yoldan, taktikadan və strategiya asılı olacaq. Lakin, bu o qədər də göründüyü kimi sadə deyil. Çünki, Rusiyada oliqarx siyasi hakimiyyəti, həmçinin Rusiyada onun daxili mexanizmini təşkil edən hərbi sənaye kompleksi var. Yəni, təşkilatlanıb ortaya çıxan bir müxalifət hakimiyyət dəyişikliyi etməsini qarşısına məqsəd kimi qoyubsa o çox ciddi qüvvələrlə üzləşməli olacaq. Bunu bacaracaq ya yox, indidən proqnozlaşdırmaq çətindir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00