Suriyanın hərbi kimya proqramının rəhbəri müxalifətə keçdi

Suriyanın hərbi kimya proqramının rəhbəri general Adnan Sillu müxalifətin tərəfinə keçib.  "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, bununla bağlı general Əl-Ərəbiyyə televiziya proqramımda çıxış edib. General bildirib ki, Suriyanın kimyəvi silahlar sahəsindəki gücü və dağıdıcılıq qabiliyyəti öz səviyyəsinə görə İsrailin atom silah ehtiyatlarına bərabərdir. Onun sözlərinə görə, Dəməşq yaxınlığındakı əsas silah arsenalının saxlandığı hərbi baza minlərlə əsgər tərəfindən mühafizə edilir. Ancaq bazanı qoruyan hərbçilərin mənəvi ruhu o dərəcədə zəifdir ki, gücələr həmin obyektləri ələ keçirərək Əsədi bu təhlükəli silahlardan məhrum etmək mümkündür.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00