“Kürdüstan” layihəsi fonunda Güney Azərbaycan - SİYASİ ANALİZ
Güney Azərbaycanın 3 milyon əhalisi olan tarixi Azərbaycan şəhəri Təbriz də kürd şəhəri kimi göstərilir
19 Dekabr 2012 15:10 SiyasətYaxın Orta Şərqdə qlobal güclər tərəfindən sərhədlər dəyişdirilir. Əsas hədəfdə "Böyük Kürdüstan" yaratrmaq var. Şimali İraqda muxtar "Kürd Dövləti" yaradılıb. Şimali Suriyada yaradılmaq üzrədir. Növbəti hədəf İrandır. "Böyük oyun" müttəfiqlərin qaydalarına əsasən oynanılır. Bəzi siyasi analitiklərin fikirlərinə görə oyun İranda pozulacaq. Cənubi Azərbaycan İranın şimal-qərbində yerləşən qədim Azərbaycan torpaqlarının adıdır. Yaxın Orta Şərq planına görə Cənubi Azərbaycanın xüsusilə, Türkiyə-İran sərhədində olan torpaqlarının bir hissəsi kürd bölgəsi kimi göstərilir. İrandakı kürd torpaqları əslində yalnız İranın İraqla sərhədində yerləşən torpaqlardır. Türkiyə - İran sərhədində yerləşən bölgə isə rəsmən Güney Azərbaycandır.
"Kürdüstan" planı Güney Azərbaycana müstəqillik verməyəcək
ABŞ, İsrail, Rusiya və bütün imperialist güclər tərəfindən qızışdırılan kürdlər "İran planı"nı həyata keçirmək üçün hazır vəziyyətinə gətirilir. İran isə kürdləri planlı şəkildə Türkiyə-İran sərhədi, Ermənistan sərhədinə qədər olan bölgəyə yerləşdirmək siyasəti aparır. Əslində İran hakimiyyətinin bu addımı tamamilə imperialist qüvvələrin işinə yarayır. Fars rejiminin bu səyləri Rusiyanı sevindirməyə bilməz. Kremlin düşüncə tərzinə görə hadisələr bu cür cərəyan edəcəyi halda türk millətlərinin arasına kürdlər girəcək ki, bu da türk dünyasını qəti şəkildə parçalayacaq. Müttəfiqlər bu planı Güney Azərbaycan türkləri ilə Türkiyə arasına "kürd səddi" çəkmək üçün edir. Həmçinin imperialistlərin "Böyük Kürdüstan" kartını oynamaq üçün masa rolunu oynayır. Plana əsasən İranda yaşayan kürdlər saxta sənədlərlə Güney Azərbaycanın çox böyük hissəsini kürd əraziləri kimi göstərirlər. Həmin ərazilərə Urmiya gölü ilə Türkiyəyə qədər olan torpaqlar daxildir. Lakin, kürdlərin özləri üçün iddia etdiyi ərazilər İran hakimiyyətinin rəsmi sənədlərin də Qərbi Azərbaycan əyaləti kimi qeyd edilib. Qərb, ABŞ və İsrail tərəfindən İranın bu şəkildə bölünməsi əslində Türkiyənin parçalanmasına xidmət edir. İmperializmin "Böyük Orta Şərq Proyekti" ("Böyük Kürdüstan" planı) tətbiq olunacağı halda türk millətlərinin çox böyük hissəsi tarixin ən dərin quyusunda dəfn olunacaq. Müttəfiqlərin Yaxın Orta Şərq xəritəsinə Güney Azərbaycanın 3 milyon əhalisi olan tarixi Azərbaycan şəhəri olan Təbriz də kürd şəhəri kimi göstərilir. Müttəfiqlərin üzdə göstərdiyi Güney Azərbaycan xəritəsi bu güclər tərəfindən qorunub saxlanılsa bu, regionda yaşayan türk millətlərinin təhlükəsizliyini zəmanət altına alacaq. BMT və Ağ Evin bununla bağlı qəbul etdiyi qərar üzdə türk birliyinin yaradılmasına ximət edir. Qərbin izlədiyi bu siyasət Rusiyanın "Avrasiya Bloku" maraqlarına tərsdir. Çox maraqlıdır ki, Rusiya heç də Qərbin izlədiyi bu siyasi proseslərə heç bir təpki göstərmir. Demək ki, mövcud situasiya heç də həqiqəti əks etdirmir. Məhz müttəfiqlər Orta Şərqdə sərhədləri dəyişmək planında Rusiyanın da maraqlarını nəzərə alıblar. Hərçənd ki, almamaq tam şəkildə demək olar ki, absurddur. Çünki, əks halda Rusiya müttəfiqlər üçün başağrısına çevrilə bilər. Rusiya və digər güclərin əsas maraqlarının birləşdiyi məqam regionda yaşaan türk millətlərini parçalamaq, yox etməkdir... İndiki məqamda türk millətləri üçün Qərb, İran, Rusiya və Çin çox təhlükəli faktordur. Çünki, həmin ərazilərdə milyonlarla türk yaşayır və bu bütün türk dünyasının güclənməsinə xidmət edir. Bunun üçün həmin güclər etnik azlıq kimi daxildə yaşayan türk millətlərinin sıradan çıxarılmasını məqsədəuyğun hesab edirlər. Yəni, imperialist güclər özlərilə sərhəddə güclü türk dövləti istəmirlər. Bu səbəblərə görə Amerika, Qərb və İsrail ilk növbədə Güney Azərbaycanda azadlıq hərəkatına təkan verəcək və öz məqsədlərinə çatandan sonra bu hərəkatı baltalayacaqlar. Vəziyyətin bu yerə çatmaması üçün ABŞ İraq, Misir, Liviya, Tunis və Suriyaya müdaxiləsinin qarşısı alınmalı idi. Çox maraqlıdır ki, növbəti hədəf İrandır və çox güman ki, regiondakı heç bir qüvvə yuxarıda qeyd etdiyimiz situasiyanın yaranmaması üçün tədbir almayıb.
Dünya türk qorxusu üçün türkü məhv etmək yolunu seçib
İllərdir ki, Qərb güclər tərəfindən bu gün üçün hazırlanan kürdlərin ideyalarının həyata keçməsi üçün münbit şərait yetişib. Qarşısında təşkilatsız və yalançı etibarla aldadılmış türklər dayandığından onları keçmək kürdlər üçün heç də çətin olmayacaq. Nəticədə Azərbaycan və Türkiyə arasında kürd səddi çəkiləcək. Bu müttəfiqlərin uğurudur, kürdlərin zəfəridir. Bu hadisə yalnız imperialist güclərin deyil, həmçinin daxilində milyonlarla türk yaşayan Rusiya və Çinin də dəstəklədiyi vəziyyətdir. Dünyada yaşayan bütün türklər bu mövzuda Güney Azərbaycanı qorumağa borcludurlar. Əks halda türklərin tarixin qaranlıq səhifələrinə qarışması qaçılmaz olacaq. Güney Azərbaycanın qorunması türklüyün qorunmasıdır. Güclər bununla açıq şəkildə bəyan edirlər ki, əsrlərdir ki, öz içlərinə Atilla, Teymur, Mete, Şah İsmayıl, Qacar qoruxu hopub. Bu səbəblərə görə ABŞ, İsrail, Avropa, İran və türk olmayan bütün millətlər türklərin milli azadlıq hərəkatlarını buxova salmaq istəyirlər. Özümüzə sual verməyək ki, Cənubi Azərbaycana dəstək olmaqmı, BOP-a xidmət edəkmi, yoxsa susaqmı?
Mənsur Rəğbətoğlu