Müxalifət seçkilərdən “iki” alacağını qəbul etməlidir - MİLLƏT VƏKİLİ
19 Dekabr 2012 15:06 Siyasət"Müxalifətin radikal qanadı gələn il keçiriləcək seçkilərlə əlaqədar özünün nəyə qadir olduğunu test edir və həmişə bu testdən "2" alır. Çünki keçirdikləri aksiyalarda istədikləri nəticəni ala bilmirlər". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. Bildirib ki, qanuni əsasda keçirilən aksiyalarda iştirakçıların azlığı radikal müxalifəti məyus edir və onların mitinqlər üçün başqa yerləri tələb etməsi bəhanədən başqa bir şey deyil: "Bu düşərgənin Bakı şəhərinin mərkəzində, istirahət parklarında kütləvi aksiyalar keçirməyə cəhd göstərməsi ictimai asayişi pozmağa yönəlmiş addımdır. Bu addımlar qanunazidd olduğu üçün qarşısı alınır. Onların şəhərin mərkəzində ictimai asayişin pozulmasına yönəlmiş addımlarının qarşısı həmişə alınacaq. Müxalifət indidən 2013-cü ilin testindən "2" aldığını qəbul etməlidir".