Azərbaycan cəmiyyətində siyasi konsensus var - AÇIQLAMA
19 Dekabr 2012 13:57 Siyasət"Azərbaycan cəmiyyətində siyasi konsensus var və heç bir xarici qüvvə bunu dağıda bilməz". "OLAYLAR"-ın məlumatına görə, belə bir açıqlama ilə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə çıxış edib. Millət vəkili deyib ki, mövcud siyasi konsensusu bundan sonra da qoruyub saxlamaq üçün vətəndaş cəmiyyəti də bu prosesdə fəal rol oynamalıdır: "Biz bundan sonra da birgə, həmrəy fəaliyyət göstərməli, nəticə etibarilə bu fəaliyyətimizlə Azərbaycanı daha da inkişaf etdirməliyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00