Parlamentin yanında İctimai Şura yaradılmalıdır

Azərbaycan Parlamenti yanında İctimai Şura yaradılmalıdır. "OLAYLAR"-ın xəbərinə görə, belə bir təşəbbüslə çıxış edən Milli Qeyri Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Aydın Kərimov deyib ki, Milli Məclis yanında İctimai Şuranın yaradılması parlamentin şəffaf fəəaliyyət göstərməsi və bu fəaliyyət barədə ictimaiyyətin məlumatlandırlmasına köməklik göstərə bilər: "Bu sahədə bir sıra beynəlxalq təcrübələrlə tanış olmuşuq və əksəriyyət ölkələrdə Parlamentin yanında bu cür İctimai Şura fəaliyyət göstərir". Aydın Kərimov deyib ki, belə bir qurumun yaradılması qanunverici orqanla QHT-lərin yaxından əməkdaşlığı üçün də səmərəli addım olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00