"Bır kış günü vahşeti Hocalı” kitabının İstanbulda təqdimatı keçirildi
19 Dekabr 2012 13:48 SiyasətTürkiyənin İstanbul şəhərində Dünya Gənc Türk Yazarlar Birliyinin layihəsi əsasında çap edilmiş "Bır kış günü vahşeti Hocalı"kitabının təqdimat mərasimi keçirilib. Bu barədə "OLAYLAR"-a məlumat verən Əkbər Qoşalı deyib ki, təqdimat mərasimində XV Türk Dünyası Gənclik Günləri və Qurultayına gəlmiş 18 ölkəni təmsil edən 38 QHT-dən 130 nümayəndə, ictimai-siyasi xadimlər, media mənsubları iştirak edib.
Qeyd edək ki, kitab Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə Ankarada nəşr olunub. Kitabın müəllifləri hərbi jurnalist Şamil Sabiroğlu və gənc yazar, "Komando" elektron türk hərb dərgisinin redaktoru Əfsanə Bayramqızıdır. Kitab Türkiyənin dövlət və qeyri-hökumət təşkilatlarına, universitet və vilayət kitabxanalarına paylanıb.