AB-də Azərbaycanla bağlı dinləmə keçirilib

Avropa Birliyinin Regional Komitəsində "Azərbaycanda yerli demokratiya: problemlər və imkanlar" mövzusunda ictimai dinləmə keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbir Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının və Yerli Demokratiya Agentlikləri Assosiasiyasının  təşəbbüsü ilə təşkil edilib. Dinləmədə məqsəd  Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilmiş 23-cü sessiyasında Azərbaycanda yeri və regional demokratiyanın vəziyyətində dair qəbul edilmiş 326 saylı tövsiyəni  müzakirə etmək olub. Tövsiyədə  yerli özünüidarənin virtual xarakterli olduğu və dövlət orqanları tərəfindən bələdiyyələr üzərində güclü nəzarət olduğu, habelə bu bələdiyyələrin maliyyə imkanlarının zəif olduğu vurğulanır. Bununla əlaqədar olaraq, Konqres Azərbaycan hökumətini fəaliyyət planı qəbul edilməsi və Konqresin tövsiyələrinin həyata keçirilməsi üzrə zəruri addımları atmağa çağırıb. Dinləməyə Azərbaycanın müvafiq hökumət qurumları, bələdiyyə üzrə ixtisaslaşan QHT-lər və Avropanın mxtəlif institutları dəvət olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00