Kreml Bəşər Əsədin sonuna fərman verdi
Cümşüd Nuriyev: “Rusiya Əsədin varidatı ilə Suriyaya çəkdiyi xərcləri kompensasiya edəcək”
18 Dekabr 2012 15:39 SiyasətRusiya hərbi "Baltik Filosu" Suriya sahillərinə doğru yola salındı. Məlumat Rusiya XİN-i tərəfindən təsdiq edilib. Suriyaya göndərilən rus döyüş gəmiləri - "Yaroslavl", "Kalininqrad", "Aleksandr Şabalin", "tanker Lena" və digər köməkçi gəmilər Rusiya XİN-in açıqlamasına görə Suriyada yaşayan Rusiya vətəndaşlarının evakuasiya əməliyyatlarını yerinə yetirəcək. Hər halda rəsmi Moskvanın bu addımı birmənalı deyil. "Rusiyanın bu addımı Kremlin Bəşər Əsədin sonuna qərar verməsi deməkdir. Çünki, uzun müddətdir Suriyanın Hava Hücumundan Müdafiə Sistemi Rusiya zabitləri tərəfindən qurulmuşdu, həm onlara xidmət göstərilirdi, həm də Suriyada kifayət qədər Rusiya vətəndaşları var" deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə həmin rus vətəndaşları və ola bilsin ki, onlarla birlikdə Bəşər Əsəd və onun ailəsi də çıxarılsın: "Çünki, artıq bir neçə gündür ki, Bəşər Əsədin oğlu ilə birlikdə qaçdığı bildirilir. Demək, Əsəd bu addımı atırsa sonunun çatdığını bilir. Artıq bununla bağlı Rusiya və İranın açıqlamaları da deyilənləri təsdiqləyir. Rusiyanın döyüş gəmiləri Bəşər Əsədlə birlikdə onun varidatını da çıxaracaqlar. Bəşər Əsədin kifayət qədər əntiq əşyaları, var-dövləti var. Onu ancaq, bu yolla çıxarmaq mümkün idi, təyyarə ilə onları daşımaq bir qədər təhlükəli addım olardı. Rusiya bu addımla indiyədək Suriyaya çəkdiyi xərcləri kompensasiya edəcək. Kreml Əsədi bir növ siyasi girov kimi götürür. Rusiya döyüş gəmiləri Bəşər Əsədin son nöqtəsini qoyur" ("OLAYLAR" İA)