Molla rejimi Təbrizdən gələn təhlükədən qorxur - MÖVQE
Razi Nurullayev: “Və bu təhlükədən sığortalanmaq istəyir”
18 Dekabr 2012 12:57 Siyasətİran hakimiyyətinin Təbrizin ölkənin paytaxtı olması məsələsini parlament səviyyəsində gündəmə gətirməsi heç də birmənalı deyil. Suriya düyününün çözülmə ərəfəsinə girdiyi vaxt fars rejimi üçün Təbriz ən yaxşı variantdır. Suriya probleminin çözülməsi müttəfiqlərin nəzərinin İrana dikilməsidir. Hər halda İran hakimiyyəti gözəl başa düşür ki, Suriyada sülhün bərqərar olması Güney Azərbaycan məsələsinin Ağ Ev, Tel-Əviv və BMT səviyyəsində qloballaşması deməkdir. Bunun üçün də İsrail-İran müharibəsi başlamamış Mahmud Əhmədinejad Cənubi Azərbaycanda möhkəmlənmək istəyir. İndiki məqamda da ən yaxşı variant məhz İranın paytaxtını Tehrandan Güney Azərbaycan şəhəri Təbrizə köçürməkdir. Məsələyə münasibət bildirən AXCP sədrinin Beynəlxalq Məsələlər üzrə müavini Razi Nurullayevin sözlərinə görə İran hakimiyyəti Təbrizin ölkənin paytaxtı olması məsələsini gündəmə gətirməkdə əsl məqsədi Güney Azərbaycandan başlayacaq təhlükənin qarşısını almaqdır: "Çünki, İranda baş verən inqilablar, təlatümlər, azadlıq hərəkatları həmişə Təbrizdən başlayıb. Buna görə də Suriya məsələsi həll olunandan sonra nəzərlərin İrana dikiləcəyindən fars hakimiyyəti müəyyən güclərin azərbaycanlıların mövcud rejimə qarşı istifadə edilməsinin qarşısını almaq istəyir. Hakimiyyət paytaxtı Təbrizə köçürməklə Təbriz və Cənubi Azərbaycanı təsiri altında saxlamaq məqsədi güdür. Bunun da əsl səbəbi Güney Azərbaycan variantından istifadə edərək İranın parçalanmasının qarşısını almaqdır. İndiki məqamda beynəlxalq ictimaiyyətin İranı parçalamaq üçün istifadə edə biləcəyi yeganə variant "Güney Azərbaycan kartı"dır" ("OLAYLAR"İA)