Ziyalılar Forumunun üzvü Rafiq Əliyev RATİ-nin namizədi olacaq - AÇIQLAMA
Qabil Hüseynli: “RATİ-nin namizəd irəli sürmək səlahiyyəti yoxdur”
18 Dekabr 2012 12:09 SiyasətRATİ yenidən mətbuatın gündəminə gəlib. Azərbaycan mətbuatında yayılan məlumatlara əsasən "Milyarderlər İttifaqı" 2013-cü ilin prezident seçkilərində öz vahid namizədi ilə çıxış edəcək. RATİ vahid namizəd kimi Ziyalılar Forumunun üzvü Rafiq Əliyevi alternativ göstərib. Hər halda Moskva mərkəzli təşkilatın məsələnin gündəmə gəlməsilə hansı məqsədlər güddüyü açıqlığı ilə ortaya çıxır. "RATİ-nin namizəd irəli sürmək səlahiyyəti yoxdur. Mövcud qanunvericiliklə təşkilat xarici ölkə və vətəndaşlarının birliyidir və təşkilat Rusiya dövlət orqanları tərəfindən qeydiyyata alınıb" deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə bu mənada onlar kimisə prezidentliyə namizəd kimi irəli sürə bilməzlər, sürsələr belə bunun heç bir əhəmiyyəti yoxdur: "Çox adam namizədliyini irəli sürə bilər, ilk növbədə o, qeydiyyatdan keçməlidir, bunun üçün lazım olan səsləri toplamalıdır, yəni seçki qanunvericiliyi prosedurlarını həyata keçirməlidir. RATİ-nin də irəli sürdüyü namizədin bu prosesləri keçəcəyi inandırıcı görünmür. Ona görə də RATİ əvvəlcədən ictimai təşkilat olduğunu bəyan etdiyini, siyasi təşkilat olmadığını dediyi halda və Azərbaycanda KİV onları qınayanda, bu qınağın haqsız olduğunu bunların sırf ictimai fəaliyyətlə məşğul olduqlarını demələri indiki vəziyyətlə üst-üstə düşmür. Həmçinin RATİ-nin əsl mahiyyətini ortaya qoyur və təşkilatın qeyri-səmimiliyi göz qabağındadır" ("OLAYLAR" İA)