ADP AŞPA Monitorinq Komitəsinin fəaliyyətini tənqid etdi

Azərbaycan Demokrat Partiyası Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin üzvlərinin ölkəmizə səfəri zamanı prosedur qaydalara əməl etməməsindən narahatdır. Partiyadan "OLAYLAR"-a daxil olan açıqlamada komitənin Azərbaycan üzrə həmməruzəçilərinin ölkəmizdə demokratiya, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı təqdim etdiyi hesabatın reallıqları əks etdirdiyini bildirsə də, eyni zamanda komitə üzvlərinin ölkənin müxalif düşərgəsi ilə təmas qurmadan və fərqli baxışları təhlil etmədən hesabat hazırlamasını da tənqid edib. Partiya hesab edir ki, bu qurumun üzərinə götürdüyü missiya ilə uyğun gəlmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00