NATO-dan İrana sərt təpki

NATO baş katibi Anders Foq Rasmussen İran Silahlı Qüvvələrinin komandanı Həsən Firuzabadinin '"Patriotlar dünya müharibəsinə səbəb ola bilir" açıqlamasına sərt reaksiya verib. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, NATO baş katibi "Patriot" sistemlərinin Türkiyə ərazisində yerləşdirilməsinin yalnız müdafiə xarakteri daşıdığını vurğulayıb: Rasmussen deyib ki, yalnız bu tip raket sistemlərindən kimlərəsə zərbə vurmaq kimi sərsəm fikirləri olanlar Patriotlardan əndişələnə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00