AMİP-də növbəti gərginlik
Yusif Bağırzadə: “Əli Oruclu partiyanın Mərkəzi Şurasının üzvüdür və bu yalnız onun fərdi fikiri ola bilər”
17 Dekabr 2012 16:10 SiyasətAzərbaycan Milli İstiqlal Partiyası daxilində növbəti gərginlik yaranıb. Bu günlərdə Amerikanın Bakıdakı səfirliyində keçirilən görüşə AMİP-in dəvət olunmamasını partiya rəhbərliyinin fəaliyyətində müəyyən catışmazlıqlar və qüsurlarla əlaqələndirən Mərkəzi Şuranın üzvü Əli Oruclu deyib ki, AMİP sədri Yusif Bağırzadə və baş katib Arzuman Əlizadə bu barədə ciddi götür-qoy etməlidirlər". AMİP sədri Yusif Bağırzadə "OLAYLAR"-a verdiyi açıqlamada deyib ki, rəhbərlik etdiyi partiyada hamının fikirlərinə hörmətlə yanaşılır: "Əli Oruclu partiyanın Mərkəzi Şurasının üzvüdür və bu yalnılz onun fərdi fikiri ola bilər. Ümumiyyətlə, siyasi partiyalarda fikir müxtəlifliyi, plüralizm olmalıdır. AMİP öz nizamnaməsinə uyğun olaraq kollegial qaydada fəaliyyət göstərir. Ona görə də partiya funksionerlərinin belə bir fikir söyləməsi normal bir haldır, ona pis baxmırıq".