AXCP İctimai Palatadan ayrılır? - FİKİR

Həsən Kərimov: “Bu cür məlumatlar dövriyyəyə buraxılmış dezinformasiyadan başqa bir şey deyil”

AXCP-in İctimai Palatadan ayrılması barədə məlumatlar yayılıb. Siyasi analitiklər bunu birmənalı şəkildə qarşılamırlar. AXCP barədə dolaşan bu məlumatların kökündə "Asiman" restoranında AXCP-in təşəbbüsü ilə "Səkkizliyin" yaradılması olub. Xalq Cəbhəsinin bu addımı İctimai Palatanın qaydalarına zidd hərəkət kimi qəbul olunur. Yəni ki, AXCP üçün İctimai Palatadan kənar fəaliyyət göstərmək daha əhəmiyyətli addım kimi qəbul olunur. Məsələyə münasibət bildirən AXCP sədrinin müavini Həsən Kərimovun sözlərinə görə, bu cür məlumatlar həqiqətə uyğun deyil: "AXCP İctimai Palatanın möhkəmləndirilməsi istiqamətində işlər görür. Digər qüvvələrin İctimai Palataya cəlb edilməsi və müxalifətin İP-ə inteqrasiya olunmasına çalışır. Bu cür məlumatlar yalnız dövriyyəyə buraxılmış dezinformasiyadan başqa bir şey deyil. Çünki, Azərbaycan Xalq Cəbhəsi Partiyası fəaliyyəti dövründə yalnız müxalifətin birliyi istiqamətində işlər görüb" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00