“Bu cür hesabatlarla Azərbaycan dövlətinə heç nə edə bilməyəcəklər”
Kamilə Əliyeva: “Onlar bu hesabatları ilə özlərinə ziyan edirlər, olan-qalan nüfuzlarını da itirirlər”
17 Dekabr 2012 12:53 Siyasət"Azərbaycana qarşı bəzi beynəlxalq qeyri-hökumət təşkilatları hər zaman qərəzli və qeyri-obyektiv mövqe tuturlar. Həmin təşkilatların ön sırasında isə "Freedom House" gəlir". \"OLAYLAR"İA"\ Bunu deyən millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, bu təşkilat ənənəvi olaraq, öz hesabatlarında Azərbaycanla bağlı həqiqəti əks etdirməyən məlumatlara geniş yer ayırır: "Biz çox yaxşı bilirik ki, ümumiyyətlə, Azərbaycana qarşı qərəzli mövqe tutan, ölkəmizin dünyadakı artan nüfuzuna və imicinə qısqanc yanaşan, uğurlarımızı, nailiyyətlərimizi gözü götürməyən dairələrin, beynəlxalq qeyri- hökumət təşkilatlarının arxasında ermənilər və onları himayə edən qüvvələr dayanırlar. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycan dövlətini dünya birliyinin, beynəlxalq ictimaiyyətin gözündən salsınlar, onun nüfuzuna, imicinə kölgə salsınlar. Həmin dairələr bir an olsun belə, anti-Azərbaycan fəaliyyətlərinin dayandırmırlar. "Freedom House" təşkilatının hesabatları ilə də tanış olduqca, adamın gözündə eyni mənzərə canlanır.Yəni, yenə eyni, tanış, köhnə və məlum ssenari. Ancaq onu da birmənalı şəkildə qeyd etməliyəm ki, bu cür hesabatlarla onlar Azərbaycana, Azərbaycan dövlətinə heç nə edə bilməyəcəklər və bilməzlər. Onlar bu hesabatları ilə sadəcə, özlərinə ziyan edirlər, olan-qalan nüfuzlarını da itirirlər". Millət vəkili əlavə edib ki, artıq heç kim həmin qəbildən olan qurumların hesabatlarını ciddiyə almır, onları etibarlı və güvənli bir mənbə hesab etmirlər: "Heç kim, heç bir qüvvə Azərbaycanı öz tutduğu inkişaf və demokratiya yolundan döndərə bilməz və bilməyəcək".