İranın paytaxtı Təbrizə köçürülməyəcək - FİKİR
Zərdüşt Əlizadə: “Mirhadi Qaraseyidin bu barədə verdiyi açıqlama həqiqəti əks etdirmir”
17 Dekabr 2012 12:35 SiyasətBir müddət qabaq İran parlamentinin millət vəkili Mirhadi Qaraseyid fars mətbuatına verdiyi açıqlamada bildirmişdi ki, Təbriz İranın yeni paytaxtı ola bilər. Qaraseyidin sözlərinə görə, paytaxtın dəyişdirilməsi ilə bağlı əvvəllər də söhbətlər olub, lakin bu dəfə yeni təsis ediləcək müəssisə bu addımı həyata keçirməyə çalışacaq. Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə deyib ki, fars deputatın bu barədə fikirləri şəxsi xarakter daşıyır: "Mirhadi Qaraseyidin bu barədə verdiyi açıqlama heç bir həqiqəti əks etdirmir. Fars deputat sadəcə olaraq öz fikrini irəli sürüb, hər hansı bir təkliflə çıxış etmək hər bir millət vəkilinin vətəndaşlıq, vəzifə borcudur. Tehran 200 ilə yaxındır ki, İranın paytaxtıdır. Bu tendensiya Rusiya parlamentində də müşahidə edilir. Hərdən görürsən ki, rus deputat çıxış edir ki, paytaxtı Moskvadan Sibirə köçürülsün. Bəzi ölkələr var ki, Qazaxıstanda paytaxtın Alma-atadan Astanaya, Braziliyada Rio-de-Janeyrodan Brazilə köçürülməsindən ilhamlanır. Paytaxtın köçürülməsi çox bahalı bir layihədir. İran indiki vəziyyətdə bu qərara getməsi absurd görünür" ("OLAYLAR" İA)