“Böhran İctimai Palatanı dağıdacaq” - AÇIQLAMA
Əli Oruclu: “Qurumun dağılması getdikcə reallığa çevrilir”
17 Dekabr 2012 12:34 Siyasətİctimai Palata 2 illik fəaliyyət dövründə düşdüyü böhrandan çıxa bilmir. Palata daxilində qarışıqlıq yaranmasında əsasən AXCP və Müsavat Partiyası səbəbkar kimi görülür. İctimai Palatanın müəyyən məsələlərə görə fikir ayrı-seçkiliyinə sahib olması 2013-cü ilin seçkilərinə qədər müxalifət birliyini sıradan çxıara bilər. Bir müddət öncə "Asiman" restoranında yaranan Müsavatsız "Səkkizlik" İP-in bütün fəaliyyətini kölgə altına saldı. Qeyd edək ki, İP-ə üzvü olan KXCP, AXCP və s. partiyalar "Səkkizliyə" daxildir. "İctimai Palata yarananda onun məqsədi tamam başqa yönə istiqamətlənmişdi. Palatanın əsas gündəliyində parlamentdə hüquqları pozulmuş namizədlərin hüquqlarının bərpa etmək məsələsi dururdu" deyən AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclunun sözlərinə görə, müəyyən müddətdən sonra İP bu mqəsədlərindən yayınaraq bir nöz mitinqlər üzrə təşkilat komitəsinə çevrildi: "Palata heç bi təşkilatlanma aparmadan, heç bir ciddi iş görmədən bu addımı atdı. Nəticədə AMİP və digər partiyalar İP-i tərk elədi. Palatada böhranın yaşanmasının digər səbəbi Palataya daxil olan partiyaların yekdil fikirə sahib olmamalarıdır. Partiyaların ortaq məxrəcə gələ bilməmələri əsasən prezidentliyə vahid namizəd məsələsində biri-birinə güzəştə getməmələridir. Vahid namizədliyə əsasən iki iddiaçı var və bu gün də bu iki iddiaçı arasında razılıq yoxdur. Bu səbəblərdən də İP-də böhran hökm sürür. Konkret olaraq Palataya daxil olan partiyaların öz maraqları naminə müəyyən məqsədlər güdməsi və qabartması da məsələyə təsir edən amillərdən sayılır. Namizəd məsələsi həll olunmasa İctimai Palata dağılacaq. Bu getdikcə artıq daha reallığa çevrilmək üzrədir" ("OLAYLAR" İA)