Əhmədinejat Ərdoğanın dəvətindən imtina etdi

Baş nazir Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə dəvət etdiyi İran dövlət başçısı Mahmud Əhmədinejat səfərdən imtina edib.

"Qafqazinfo"nun Türkiyənin "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, Əhmədinejatın dəvət edildiyi Konyada keçiriləcək Şəbi Əruz mərasimlərinə qatılmaqdan imtina etməsinə səbəb İran prezidentinin proqramında dəyişiklik etməsi ilə bağlıdır. Qəzet mənbəsinə istinad edərək bildirib ki, iranlı diplomatlar da Əhmədinejatın gələ bilməyəcəyini təsdiqləyiblər.

Qeyd edək ki, daha əvvəl Əhmədinejatın Ərdoğanın dəvəti ilə Mevlananın 739-cu Vüslət ildönümü münasibətilə Konyada keçiriləcək mərasimlərə qatılacağı bildirilmişdi. Proqrama əsasən İran dövlət başçısının səfəri bu günə nəzərdə tutlmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00