AŞPA-nın sabiq prezidenti vəfat edib
15 Dekabr 2012 13:15 SiyasətAŞPA prezidenti Jan Klod Minyon təşkilatın keçmiş prezidenti Luis Mariya de Puçun (İspaniya) vəfatı ilə əlaqədar başsağlığı verib.
APA-nın Avropa Şurasının mətbuat xidmətinə istinadən xəbərinə görə, Luis Mariya de Puç 23 il ərzində AŞPA-da müxtəlif vəzifələrdə çalışıb, 2008-2010-cu illərdə AŞPA prezidenti olub.29 iyul 1945-ci ildə İspaniyada anadan olan Luis Mariya de Puç tarix və müasir siyasətlə bağlı 15 kitabın müəllifi idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00