XİN: Terrorizmlə mübarizə Türkiyə üçün prioritetdir
14 Dekabr 2012 18:05 SiyasətTerrorizmlə mübarizə Türkiyə üçün prioritetdir. Trend-in cümə günü "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri zamanı deyib.
Terrorizmlə mübarizəyə həsr edilmiş konfransda çıxış edən Davudoğlu bəyan edib ki, Türkiyə uzun illərdir terrorizmdən əziyyət çəkir.
"Türkiyə əvvəlki kimi ölkədə terrorizmlə və qlobal terrorizmlə mübarizə aparacaq", - Davudoğlu qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00