Misir ikinci qanlı inqilab gedir
Cümşüd Nuriyev: “Mursi referendumun nəticələrini saxtalaşdıracaq”
14 Dekabr 2012 17:44 SiyasətSabah Misirdə 1952-ci il inqilabından sonra 16-cı dəfə referendum keçiriləcək. Qeyd edək ki, bir müddət qabaq prezidenti Məhəmməd Mursinin son Konstitusiya tənzimləmələri və yeni Konstitusiya layihəsini 15 dekabrda referenduma təqdim etmək qərarı Misirdə gərginliyə səbəb olub. Hal-hazırda da müxalifət partiyalarının səyi nəticəsində Qahirədə geniş nümayişlər davam edir. Siyasi analitiklərin fikirlərinə görə, müxaliflər referendumu boykot edəcəklər ki, bu da Misirdə qanlı hadisələrə səbəb olacaq. "Hüsnü Mübarəkin devrilməsindən sonra Qərbin gözlədiyi alınmadı. Qərb gözləyirdi ki, Məhəmməd Mursi hakimiyyətə gələndən sonra Misirdə demokratiya bərpa olunacaq, lakin Mursi də Mübarək kimi diktatura prinsiplərinə sadiq qaldı" deyən politoloq Cümşüd Nuriyevin fikrincə, dünya çalışır ki, Misirdəki səhvini düzəltsin: "Misirdə artıq vətəndaş müharibəsi gərginləşmək üzrədir. Müxalifət də referendumun baş tutmaması üçün Mursinin əleyhinə səs verəcək. Mursinin də tərəfdarları bununla razılaşmır. Misirin taleyi ayın 15-dən çox 22-də bəlli olunacaq. Çünki, 15-i səsvermənin nəticələri bilinmir. Dekabrın 22-ə qədər nisbi sakitlik olacaq. Mursini hakimiyyətə gətirən Müsəlman Qardaşları Misirdə İran, Səudiyyə Ərəbistanı tipində "Sülh-1 Teokratik Dövləti"ni yaratmaq istəyirlər. "Dövlət"in yaranması Türkiyə və Qərb üçün dini müstəvidə maneələr törədəcək. Müsəlman Qardaşlarının bu cür addım atması Qərbin bütün planlarını pozacaq. Qərb çalışacaq ki, prosesin qarşısını alsın, İsrailin özü də Mursinin hakimiyyətdə qalmasında maraqlı deyil. Artıq, bunula bağlı 70 milyon dollar vəsait də ayırıb, İsrailin bu addımlarında Əmir Musa və əl-Bəradeyi də iştirak edirlər. Misirdə bir həftə sakitlik olacaq, amma bir həftədən sonra Misirdə sakitliyin olmasına heç kəs zəmanət verə bilməz. Çünki, Mursi mütləq şəkildə saxtalaşdırmaya gedəcək. İndiki status-kvo Mursiyə sərf eləmir. Bundan sonra Misirdə yenidən qanlı inqilab olması gündəmdədir" ("OLAYLAR" İA)