Söyün Sadıqov “AzerRos”dan gedir

"Rusiya prezidentinin seçkiqabağı kampaniyasında, milli və iqtisadi blokunda iştirak etmək tapşırığı almışam. Bundan başqa, mənə Rusiya Milli Birlik Partiyasının qurultayını keçirmək və bu partiyaya rəhbərlik etmək təklif olunub".

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin ("AzerRos" FMMM) prezidenti Söyün Sadıqov bildirib.

O bildirib ki, bu səbəbdən də "AzerRos"a çox vaxt ayıra bilməyəcək: "Ona görə də bu təşkilatdan getməyimlə bağlı qərar vermişəm".
S. Sadıqov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndələri ilə görüşündə iştirak etməməsi barədə yazılanlar həqiqəti əks etdirmir: "Vladimir Putinin səlahiyyətli nümayəndələri ilə görüşdə iştirak etmişəm. Hətta televiziya kanalları da məni göstərib. Rusiyanın xalq artisti Nadejda Babkina ilə yan-yana oturmuşduq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00