Türkiyə Baş nazirinin müavini siyasətdən gedir

Türkiyə Baş nazirinin müavini, sabiq xarici işlər naziri Əli Babacan siyasətdən gedəcəyini açıqlayıb. Bu barədə Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir. "Siyasətdən getməyin vaxtı gəldi. Siyasət heç vaxt professional karyera halına gəlməməlidir", - Babacan bildirib.
Baş nazirin müavini siyasətdən nə zaman gedəcəyini açıqlamayıb.
Qeyd edək ki, Əli Babacan 2007-ci il avqustun 29-dan 2009-cu il may ayının 1-dək ölkənin XİN rəhbəri vəzifəsində çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00