Mahmud Əhmədinejad: "Beynəlxalq təzyiq İranın inkişafının qarşısını almağa yönəlib"
14 Dekabr 2012 15:50 Siyasətİrana qarşı beynəlxalq təzyiq ölkənin inkişafının qarşısının alınmasına istiqamətlənib. Bu barədə Trend cümə günü IRNA agentliyinə istinadən məlumat verir.
"Dünya valyutalarına nisbətdə İran rialının məzənnəsinin aşağı düşməsi düşmənin planının bir hissəsidir" , - Əhmədinejad bildirib və əlavə edib ki, düşmənlər güclü, inkişaf etmiş İrandan qorxurlar. Onun sözlərinə görə, düşmənlər ölkənin sanksiya və məhdudiyyyətlərlə iflic olacağını düşünürdülər, lakin əhəmiyyətli bir şey baş vermədi və İran əvvəlki kimi yüksələn xətt üzrə inkişaf edir.
Əhmədinejad vurğulayıb ki, ölkə milli valyutanı möhkəmləndirməyə çalışır.
İran Prezidenti təfərrüatları açıqlamadan bəyan edib ki, düşmənlər İranın yaxın 2-3 ildə neft gəlirlərindən daha az asılı olacağını görəcəklər.