Freedom House öz missiyasını itirib - RƏY

"Əsl vəzifəsi dünyanın müxtəlif ölkələrində ictimai-siyasi institutların mövcud durumu, insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyərlərin qorunması vəziyyətini araşdırmaq olan Freedom House təşkilatı çox təəssüf ki, hazırda bu missiyasından tamamilə uzaqlaşıb". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri  yap.org.az saytına açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarova deyib. Millət vəkili deyib ki,  təşkilat bir sıra güc mərkəzlərinin, islamafob dairələrin əlində vasitə, alət rolunu oynayır və onların maraqlarının ifadəçisi qismində çıxış edir: "Freedom Houseun sonuncu hesabatı da bu təşkilatın nə qədər qərəzli, qeyri obyektiv fəaliyyət göstərdiyini ortaya qoydu. Hesabatda terrorçu rejimin rəhbərlik etdiyi Ermənistan dövləti "qismən azad" ölkə kimi qiymətləndirilir. Amma bu zaman Ermənistanda hökm sürən daxili siyasi durumun hansı səviyyədə olduğu nəzərə alınmır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00