Putinin genetik kodu, yaxud Kremlin arzuları - ŞƏRH
14 Dekabr 2012 15:00 SiyasətKreml koloniyasının başında bir neçə KQB generalı fonunda böyük maqnat oturur
Putin keçmiş post-sovet ölkə başçılarını bir arada görən kimi Popovun şərti refleks təcrübəsinə istinad edir. İnsan yemək görən kimi mədəsi şirə ifraz edən kimi Putin də yenidən birlik yaratmaq istəyinin olmasını ortaya qoyur. Əsla ki, Putini tənqid etmək fikrində deyiləm. Vladimir artıq "lüks imperiya evi" qurmaqdan o qədər danışıb ki, MDB ölkə başçıları rus çarını yalançı etibarla izləməkdən başqa heç bir reaksiya göstərmirlər. Putin də hər şeydən xəbərsiz barmaq silkələyərək, qaş çataraq: "Asaram, kəsərəm, yıxaram, sökərəm" deyir. Niyə Rusiya xarici siyasət xəttini dəyişmir və böyük qələbə qazanmaq üçün köhnə müttəfiqləri yaddan çıxarmır? Əslində bu sual ətrafında nəyisə açıqlamağın əhəmiyyəti yoxdur. Axmaq sualdır. Mən Putini vicdanla başa düşmürəm.
İmperiya yaratmaq üçün Rusiya gücsüzdür
Putinin tez-tez Avrasiya İttifaqı çətiri altında millətləri yenidən rəndələmək Rusiya imperativlərinin güzgü effektidir. Təbii ki, yeni metod öz təsdiqini tapandan sonar Putin "İmperator Evi"nin ağası olmaq itəyindədir. Əslində tam əxlaqlı şəkildə demək olar ki, Putin bu cür absurd çıxışları ilə öz ölkəsinin mətbuatında ətrafındakı elit dairəni reklam edir. Nə isə... Qaldı ki, Gürcüstan nümunəsində tam mənasında Vladimir anlamalıdır, millətlər indi tamam ayrı təfəkkürə sahibdirlər. Digər tərəfdən Putin başa düşməlidir ki, yəhudi Lenin kimi yenidən imperiya qurmaq üçün slavyanlar o qüdrətin sahibi deyillər. Rusiya artıq ikinci dünya müharibəsi dövründəki mövqeyini də itirib. Putin əslində bu cür açıqlamaları bir növ köhnə rus çarlarının metodlarına uyğun olaraq əhatə dairəsindəki dövlətlərə müdaxilə edir. Bununla Rusiya öz varlığını hiss etdirmək istəyindədir.
Putinin imperativləri
Stalin və Putinin Rusiya imperiyası mərkəzləşdirilmiş avtokratik qayda prinsipləri və əsas fundamental xüsusiyyətləri eynidir. Putin həmçinin çar Nikolay dövrünün mütləqiyyət ənənələrini də prinsip kimi gözdən keçirir. Moskva şahzadəsi məhz bu prinsiplər etibarilə müvəffəqiyyət arxasından sürət yarışına çıxıb. Putin həmçinin Rusiya tarixinin ən güclü siyasi lideri adını qazanmağı hədəfləyib. Əlbəttə ki, avtokratik sistem Putinin çıxışları fonunda hələ də mövcuddur və Kreml ətrafında bu düşüncə tərzinə sahib olan digər dövlətlər var. Bu tarixi mərhələdə Putin imperiya qurmaq adına ölkələrin resurslarını səfərbər edən bir qüvvə kimi çıxış edir. Putinin bu ambisiyası genetik olaraq büruzə olunur. Təsəvvür edin ki, Putin feodal ənənəsini yenidən bərpa etsə XXI əsrdə millətlər yenidən konservasiya və uzun təhkimçiliyə sürüklənəcəklər. Volodya bu "nəcib" siyasətini həyata keçirmək üçün feodalizm dövrünün güclü kilsə dəstəyi lazımdır. Lakin, indiki məqamda kilsə qanunlarının o qədər də güclü təsiredici qüvvəyə sahib olmadığını nəzərə alsaq rus dövlət başçısı avtokratik hakimiyyəti ilə "xəyali imperator" ola bilər. Güclü dominant dövlət ekspansionizminin yaranmasına gətirib çıxarır və geniş inkişafı üçün həmişə asan intensiv və hər hansı güclü dövlət yeni ərazilər və resursların fəth etməyə çalışır. Bu tendensiya Rusiya zehniyyətində hələ də üstünlük təşkil edir. Lakin ətraf dövlətlərin intensiv inkişafı Rusiyanın dövlət paradiqmasına zidd olan güclü vətəndaş cəmiyyəti formalaşdırır. Rusiya müxtəlif regional münaqişələrdə aparıcı arbitr olmaq məqsədi güdür. Kremlin bu cəhdlərinin dərəcəsi özəldir, ictimai təşəbbüslər üçün deyil. Putin SSRİ də yaşamış adamdır. Buna görə də Rusiyanın Sovet islahatlarını yenidən bərpa etmək riskləri normal sayılmalıdır. Bu bir tarixi faktdır, təbii olaraq qəbul etmək lazımdır. Rusiya öz imperiya yaratmaq istəklərindən o zaman əl çəkəcək ki, bu ölkə demokratiya prinsiplərinə zidd getməyəcək, inteqrasiya edəcək. Bunun üçün Rusiyada hakimiyyət dəyişikliyi olması mütləqdir.
Kreml koloniyasından Rusiyanı idarə edən KQB generalları
Rusiyada elita dəyişikliyi isə həmişə qanlı olub. İndi isə rus müxalifətinin bu cür qərara gedəcəyi inandırıcı görünmür. Çünki, Kreml koloniyasının başında bir neçə KQB generalı fonunda böyük maqnat oturur. Rusiyada bu cür situasiyada elita dəyişikliyi söz mövzusu ola bilməz. Əks təqdirdə Putin genetik kodunu açacaq və Rusiyada kütəvi həbslər, repressiyalar, KQB agentlərinin gecə "qapı döymələri" başlayacaq.
Mənsur Rəğbətoğlu