Molla rejimi farslaşdırma siyasəti aparır - REGİON

Türk dili qadağan edilib, türklər barbar kimi qələmə verilir

Abbasilər dövründən etibarən səlcuqlar, xarəzmşahlar, ağqoyunlular, səfəvilər, afşarlar, qaçarlar vasitəsilə 1925-ci ilə qədər intensiv olaraq 1000 il İran coğrafiyasına hakim olan azər türkləri 1925-ci ildə Rza Pəhləviyə qədər İrandakı son türk xanədanlığı olan qacarların devrilməsinə qədər hakimiyyətdə olublar. Qacar ​​xanədanın devrilməsindən sonar hakimiyyətə keçən Rza Pəhləvi  və fars millətçilər başda Azərbaycan türkləri olmaqla bütün türkləri farslar üçün ən böyük təhlükə kimi görüblər. Bundan sonar İranda yaşayan azərbaycanlılara qarşı assimilyasiya siyasəti tətbiq etməyə başlayıblar. Bu gün İranda farslar xaricində bütün etnik qruplar azadlıq mübarizəsi aparır. Rus şovinizmi özünü SSRİ adı arxasında saxladığı kimi, fars şovinizmi də özünü İran adı altında gizlədir. Bunun məntiqi nəticəsi kimi İranda azərbaycanlıların ləyaqəti alçaldan ifadə və hərəkətlər farsların ictimai həyatının bir parçasıdır. İran filmlərində türk xarakterləri ən alçaq, axmaq, qadın düşkünü, sərxoş kimi təqdim olunur. Bu alçaltma fəaliyyəti sistemli və şüurlu şəkildə həyata keçrilir. Fars hakimiyyəti və molla rejimi azərbaycanlıların öz gələnəklərini, mədəniyyətlərini və milli kimliklərini uturmağı və "mən azər türkəm" yerinə "farsam" dedizdirməyi qarşıya məqsəd qoyub.

Farsların anti-Azərbaycan siyasətinin tezisləri

İrandakı etniklər içərisində Azərbaycan türklərinin üstünlük təşkil etməsi və dövləti idarəetmə mexanizmlərindəki çoxluğu səbəblərinə görə assimilyasiya siyasəti, təzyiq siyasətindən çox hiyləgər şəkildə və din pərdəsi arxasında istismar üzərində qurulub. İranda millətçilik pozğun ideologiya olaraq tələffüz edilir. Lakin, türk adının çəkilməsinə belə qadağa qoyularkən örtülü şəkildə fars millətçiliyi inkişaf etdirilir. İran rəhbərliyinin azərbaycanlı əhaliyə qarşı aqressiyasını bir neçə tezisdə açmaq mümkündür: Birincisi, Azərbaycan türklərinin kökləri inkar edilərək farslarla eyni soydan gəldiyi, bu soyun ari irqi olduğu uydurulmuş, arilər hər bütün vasitələrlə şişirdilmiş, arilik qürur mənbəyi, türklük isə vəhşilik, barbarlıq olaraq tanıdılıb. İkincisi, İran hakimiyyəti və molla rejimi Azərbaycan türklərinin kimliklərini gizlətmək məcburiyyətində qoyurlar. Bu mövzuda İrandakı bütün fars rejimləri sərt qərarlar qəbul ediblər. Məsələn, bir azərbaycanlı dövlət vəzifəsində çalışırsa, molla rejiminə sədaqətli olmalı və farslardan daha çox iranlılıq anlayışına sahib olmalıdır. Bu səbəbə görə dövlət işlərində vəzifədə olan azərbaycanlılar qəsdən farslaşdırırlar. Üçüncüsü, Azərbaycan adı daşıyan əyalətlərin sərhədləri kiçildilir və coğrafi adları dəyişdirilir. İran rəhbərliyi ölkədə azəri adını və nüfuzunu aşağı salmaq üçün Azərbaycan türklərinin sıx yaşadıqları əyalətlərin adlarının dəyişdirilməsi, parçalanması və fars əraziləri kimi göstərilməsini qarşıya mqəsəd qoyub.

Dördüncü, Azərbaycanın mütəqil olması İran hakimiyyət dairələri tərəfindən təhlükəli hal kimi xarakterizə edilir.Quzey Azərbaycan xalqı ilə İrandakı Azərbaycan türklərinin tamamilə eyni qan, mədəniyyət, tarix və dilə sahib olduğunu bilən və öz içindəki Azərbaycan türklərinin bu ölkə ilə birləşib tək dövlət qurmaq istəyini düşünən İran Azərbaycan Respublikasının yıxılması üçün hər cür səyi göstərir. Bu məqsədlə Qarabağ problemində özünü bitərəf kimi göstərməyə səy edərək digər tərəfdən açıq şəkildə Ermənsitanı dəstəkləyir. Xüsusilə müharibə vaxtı ermənilərdən qaçan Azərbaycan türklərini İranın qəbul etməməsi və çoxusunun Araz çayında boğulmasına göz yumması İrandakı Azərbaycan türklərinin farslara qarşı olan kin və qəzəbini daha da artırıb.Beşinci, İranda yaşayan azərbaycanlıların  Azərbaycan dilindən istifadənin qarşısı alınır və mədəni hüquqları tanınmır. İran Konstitusiyasının 15 və 19-cu maddələrinə göüə İranda yaşayan azərbaycanlılara öz ana dillərində danışmağa, ünsiyyət qurmağa qadağa qoyulur.Altıncı, Azərbaycan mədəniyyəti fars mədəniyyəti içərisində əridilir. Fars şovinizmi Azərbaycan mədəniyyətini məhv etmək, gizlətmək, arxa plana itələmək və kiçik, yerli "mədəniyyət" kimi göstərmək üçün hər yola müraciət edir. Məsələn, tarixi Azərbaycan türk dövlətləri İran Fars dövlətləri olaraq göstərilir, həmçinin məşhur Təbriz Azərbaycan xalçaları fars xalçaları kimi təqdim olunur.

Mənsur Rəğbətoğlu   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00