Bəşər Əsəd sığınacaq tapmır - AÇIQLAMA

Elçin Mirzəbəyli: “Əsəd həyatının təhlükəsizliyi üçün müttəfiqlərindən zəmanət istəyir”

Dünyanın 130 ölkəsi Bəşər Əsədin hakimiyyətdən getməsi barədə nota göndərib. Bir müddət bundan qabaq Suriyada vətəndaş müharibəsi başa çatmayacağı təqdirdə Almaniya, Fransa və İngiltərənin qarşıdurmalara müdaxilə edəcəyi barədə məlumatlar yayılmışdı. Rusiya da artıq Bəşərin getməsini istəyir. Rusiyanın da Əsədin getməsini istəməsi o deməkdir ki, artıq Bəşər Əsədin istefadan başqa seçim yolu qalmayıb. Məsələyə münasibət bildirən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə Bəşər Əsəd artıq geriyə qayıtmaq üçün yol qoymayıb: "İndiki məqamda o, müttəfiqlərinin köməkliyilə həyatının təhlükəsizliyi üçün zəmanət almaq istəyir. Əsəd müəyyən zəmanətlər üçün vaxtı uzadır. O, öz müttəfiqlərindən sığınacaq istəyir. Hələ ki, bunun cavabı gəlməyib. Region dövlətlərilə olan düşmənçilik münasibətlərinə görə Bəşər Əsədin öz hakimiyyətini qoruyub saxlaya bilməyəcəyi bəllidir. Öz xalqına qarşı müharibə edən heç bir kəs indiyədək qalib gəlməyib, Əsəd də onlardan biridir. Bu baxımdan onun getməsi vacibdir və gedəcək də! Rusiyanın da bununla bağlı açıqlamaları bu barədə irəli sürülən fikirləri təsdiq edir" (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00