Yunanıstan Suriya səfirini ölkədən çıxarıb

Yunanıstan hökuməti Suriya səfirini ölkədən çıxarıb.
"Azadinform" RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, ki, Yunanıstan XİN-in baş katibi Vasilis Kaskarelis Suriyanın Afinadakı səfirini çağıraraq ondan və daha 2 səfirlik əməkdaşından ölkəni tərk etmələrini tələb edib: "Biz ümid və arzu edirik ki, dost Suriyada rasional düşüncə üstün gələcək və dost ölkədə sabitlik yaranacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00