İran “Nüvə Klubu”na daxil olan ölkələr siyahısındadır
Elşən Manafov: “Əhmədinejadın açıqlaması İran daxilindəki qərbpərəst qüvvələrə mesajdır ”
13 Dekabr 2012 15:55 SiyasətMətbuata açıqlama verən İran prezidenti Mahmud Əhmədinejad ölkə daxilində də İranın nüvə proqramına qarşı qüvvələrin olduğunu deyib. Bir qrup siyasi analitiklərin fikirlərinə görə Əhmədinejadın açıqlamanı Qərbə və Amerikaya qarşı mesajı kimi xarakterizə edirlər. Yəni ki, Əhmədinejat bununla bildirmək istəyir ki, o da İranın nüvə proqramına qarşıdır. "İranın nüvə proqramı ilə bağlı həyata keçirdiyi islahatlar birmənalı deyil. Digər tərəfdən də istisna etmək də olmaz ki, ABŞ-ın İran daxilində xüsusi münasibətləri var. Zaman-zaman da Amerika həmin qüvvələrlə İran daxilində ictimai fikri parçalamaq və İranın nüvə enerjisinə sahib olmaq üçün bu cür təhlükəli qərarlara əl atırlar. Çox güman ki, Əhmədinejadın fikri İran daxilində bu dövlət layihələrinin həyata kçirilməsinin qarşısının alımaq və ya onlara müəyyən problemlər yaratmaq istəyi hərəkətə keçən qüvvələrə bir işarədir" deyən politoloq Elşən Manafovun sözlərinə görə Əhmədinejadın həmin layihələrin həyata keçirilməsi kursundan imtina etməsi inandırıcı görünmür: "Digər vacib məqam ondan ibarətdir ki, ən azı 1-2 ilə İranın həmin enerjiyə sahib olacağını demək mümkündür. Artıq İran bu istiqamətdə çox ciddi uğurlara imza atıb. Tam mənada demək olar ki, İran "Nüvə klubu"na daxil olan ölkələrdən biridir. Bir neçə gün bundan qabaq İsrailin baş naziri Binyamin Netanyahu özü də etiraf etdi ki, Avropa Birliyi və Qərbin İrana tətbiq etdiyi sanksiyalar heç bir səmərə vermir. Dünya mətbuatında da yayımlandı ki, İranın təkcə qeyri-neft sektorundan əldə etdiyi gəlirlər 28 milyard dollar olub. Digər tərəfdən də Avropanın İran neftinə qoyduğu embarqonun da ciddi təsirini görmədik. İnandırıcı görünmür ki, bu cür böyük potensiala malik olan İranı öz yolundan çəkindirmək mümkün olsun. Həmçinin İranın çökməsini istəməyən qüvvələr də var. Bunlara Şanxay Əməkdaşlıq Təşkilatı, Çin və Rusiyadır. Bu qüvvələr olduqca İrana qarşı tətbiq olunan sanksiyalar öz səmərəsini verməyəcək" (OLAYLAR İA)