VİP Amerikanın siyasətini pisləyir

Partiya etiraz bəyanatı yaydı

Bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresində qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyinin" 21-ci ildönümünün qeyd edilməsinə etiraz olaraq Vətəndaş və İnkişaf Partiyası bəyanat yayıb. Partiyadan "OLAYLAR"-a daxil olan bəyanatın mətnində qeyd olunur ki,  Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ bununla Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti nümayişkar hörmətsizliyə yol verilib. Vətəndaş və İnkişaf Partiyası ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn, eyni zamanda, erməni separatizmini stimullaşdıran və tərəfsiz vasitəçilik statusu ilə əsla bir araya sığmayan bu kimi davranışlarını qətiyyətlə pisləyir və belə aksiyalara son qoyulmasını tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00