“Azərbaycan 100 min yəhudinin Vətənidir” - AÇIQLAMA
Yevda Abramov: “İsrail-Azərbaycan əlaqələri müsbət rakursda inkişaf edir”
13 Dekabr 2012 15:25 SiyasətYaxın Orta Şərqdə davam edən hadisələrin fonunda İsrail əhatəsində olan ölkələrlə heç də yaxşı əlaqələrə sahib deyil. Demək olar ki, regionda İsraillə yaxşı münasibələrə malik olan yeganə müsəlman ölkəsi Azərbaycandır. İndiki məqamda ən düşündürcü sual "Azərbaycan İsrailə görə hansı mövqedə dayanıb?". "İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupu"nun rəhbəri, millət vəkili Yevda Abramovun sözlərinə görə iki dövlət arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir: "İsrail- Azərbaycan əlaqələri yüksək səviyyədə qurulub. Regionda baş verən hadisələrin İsrail-Azərbaycan münasibətlərinə heç bir təsiri olmayıb. İsrail və Azərbaycan arasında sensasion hadisələr baş vermir ki, iki ölkənin əlaqələrinə təsir etsin. Müsbət rakursda iki dövlət arasında əlaqələr inkişaf edir. Elə bir mənfi hal baş verməyib ki, İsrail və Azərbaycan hökumətləri əlaqələrə yenidən baxsınlar. İsrail Azərbaycana çox böyük önəm verir. Həmçinin Azərbaycan 100 min yəhudinin tarixi Vətənidir. Yüz minlik yəhudi diasporu İsraildə böyük nüfuz dairəsinə malikdir. Həm də bölgədə olan problemlər - Rusiya, İran və Türkiyə ilə olan problemləri İsraili Azərbaycanla yaxınlaşmağa sövq edir. İsrail yaxşı bilir ki, Türkiyə ilə münasibətlərin yenidən qaydasına düşmək üçün Azərbaycan aktiv rol oynaya bilər " ("OLAYLAR" İA)