Müxalifət partiyası YAP-a da dəvət göndərəcək

Ümid Partiyasının on illiyi ilə əlaqədar keçiriləcək yubiley mərasiminə hakim Yeni Azərbaycan Partiyası da dəvət oluna bilər. Partiyanın Ali Məclisinin sədri Ənvər Ağazadə "OLAYLAR"-a verdiyi açıqlamada bildirib ki, Ümid Partiyası ölkədə fəaliyyət göstərən hansısa siyasi qüvvə arasında ayrıseçkilik etmək niyyyətində deyil: "Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasına da dəvət göndəriləcək. Ancaq hakim partiyanın bizim tədbirimizdə iştirak edib-etməyəcəyini deyə bilmərəm.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00