İstanbulda Heydər Əliyevin xatirəsi yad edulib

Türkiyənin İstanbul şəhərində Heydər Əliyevin xatirəsi yad eduliib. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, Heydər Əliyevin  abidəsinin ucaldığı meydanda  izdihamlı   mərasim keçirilib. Mərasimdə çoxlu sayda siyasi xadim, millət vəkili , iş adamları, elm və incəsənət aləminin təmsilçiləri, İstanbulda yaşayan Azərbaycanlıların icmasının nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov, millət vəkili Fəttah Heydərov, işadamı Erdal Aksoy, Azərbaycan -Türkiyə Dostluq Mərkəzinin rəhbəri Səfər Qaraqoyunlu, professor Adil Allahverdiyev və digərləri çıxış edərək ümumimilli lider Heydər Əliyevin Azərbaycan və Türk dünyası üçün xidmətlərindən danışıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00