Rusiya gücünü itirir, tərəfdaşlıq edə bilmir - AÇIQLAMA

Ərəstun Oruclu: “Moskva başa düşür ki, Azərbaycan onun geosiyasi təsir məkanından çıxıb”

Mətbuata açıqlama verən politoloq Arif Yunus Rusiya hökumətinin Qəbələ RLS ilə bağlı Azərbaycan hökumətindən qisas alacağını bildirib. Politoloqun sözlərinə görə rəsmi Moskva buna görə Bakıya iqtisadi və siyasi yollarla təzyiqlər edəcək. Məsələyə münasibət bildirən politoloq Ərəstun Oruclunun sözlərinə görə Rusiyanın bununla bağlı Azərbaycana təzyiqlər göstərəcəyi inandırıcı görünmür: "Çünki, Qəbələ RLS Rusiyaya lazım deyil. Bir il bundan qabaq Rusiya mətbuatında yeni model RLS-in tikintisi barədə söhbətlər gedirdi. Təxminən 7-8 ay bundan qabaq isə Armavirdə belə bir stansiyanın tikilməsi istiqamətində işlərin görüldüyü deyilirdi. Onsuz da Rusiya və Azərbaycan münasibətlərinə bir gərginlik var. Məsələ sadəcə bəhanələrə görə ola bilər. Qisasa gəlincə isə siyasətdə qisas olmur. Siyasət praqmatik maraqlara hesablanmış bir davranışdır. Rusiyanın Azərbaycanla bağlı narahatlığı başqa faktlara görədir. Rusiya başa düşür ki, Azərbaycan onun geosiyasi təsir məkanından çıxıb, Azərbaycan Qərbə doğru gedir, Azərbaycan başqa dövlətlərlə əlaqələr qurmaq imkanı əldə edir. Bunun səbəbi Azərbaycan yox, Rusiyadır. Çünki, Rusiya zəifləyir, gücünü itirir, tərəfdaşlıq edə bilmir. Dağlıq Qarabağ münaqişəsində Azərbaycana qarşı qərəz nümayiş etdirirsə, Rusiyadan nə gözləmək olar" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00