Gürcüstanla Rusiya arasında yeni qalmaqal

Gürcü rəsmisi Rusiya müxalifət liderlərinin davranışını idarə edirmiş

Rusiya müxalifətinin Gürcüstanın hökumət dairələri tərəfindən maliyyələşdirilməsi iddiası ilə bağlı qalmaqal yenidən gündəmə gəlib. Söhbət mayın 6-da Moskanın Bolotnaya meydanında kütləvi iğtişaşlara həsr olunmuş "Etiraz anatomiyası-2" adlı sənədli filmdə Rusiya müxalifəti ilə Gürcüstan hökumətinin nümayəndələrinin gizli görüntülərindən gedir.
Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin əldə etdiyi həmin kadrlarda Rusiya müxalifətinin liderlərindən Serqey Udalstovun və Gürcüstan Parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin keçmiş sədri Givi Tarqamadzenin danışıqları yer alıb.

Bu dəfə isə Rusiya İstintaq Komitəsinin əlində yeni dəlillər var. Qurumun məlumatına görə, bu dəlillər Givi Tarqamadze Rusiya müxalifətini nəinki maliyyələşdirdiyini, hətta müxalifət liderlərinin davranışına da istiqamət verdiyini sübut edir. Tarqamadzenin Serqey Udaltsovun yaxın adamı Yuri Aymaletdinovla yazışmasından onun 6 may aksiyasında Udaltsovu özünü necə aparmasına istiqamət verdiyi məlum olur. Materiallar artıq açılmış cinayət işinə əlavə edilib və araşdırılmaq üçün Tiflisə də göndəriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00