“Milyarderlər İttifaqı”nın bəzi üzvləri Azərbaycan dilində danışa bilmir
13 Dekabr 2012 11:20 Siyasət"Cəmiyyətdə daha çox "Milyarderlər İttifaqı" kimi tanınan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının hansı məqsədlə yarandığı hələ də mənə bəlli deyil". \"OLAYLAR"İA\ Bunu deyən millət vəkili Məlahət İbrahimqızının sözlərinə görə, gah həmin birliyin bəzi üzvləri bəyan edirlər ki, biz fəaliyyətimizi dayandırmışıq, gah da bir qismi deyir ki, biz hələ öz fəaliyyətimizə başlamamışıq: "Yəni, bunu yaradan insanlar o qədər fərqli-fərqli fikirlər səsləndirirlər ki, onun nə məqsədlə yaradılması tam anlaşılmır. Eyni zamanda, onu yaradanlardan biri deyir ki, biz Azərbaycan dövlətinə və onun başçısına sadiqik, biri-xüsusilə, Söyün Sadıxov tamam fərqli-Azərbaycan dövlətinə və hakimiyyətinə ittiham dolu bəyanatlarla çıxış edir. Bu baxımdan, konkret bilmək olmur ki, bu təşkilatın missiyası nədir, nə istəyirlər, bu qurum niyə yaranıb, onların nədir məqsədləri. Yaxud da, bilmək olmur ki, onlar özfəaliyyətlə məşğul olurlar və ya özlərini sadəcə, reklam etmək, bununla gündəmə gətirmək istəyirlər. Ancaq biz düşmən qonşularımızdan və ya başqa ölkələrdən elə bir nümunə götürməliyik ki, harada yaşamasından asılı olmayaraq, damarında Azərbaycan türkünün qanı axan, Azərbaycan vətəndaşlığına bağlı hər hansı bir insan ancaq və ancaq yaşadığı ölkədə Azərbaycanın təbliğatına dəstək olsun, bu yöndə fəaliyyətini ortaya qoysun. Ona görə hər halda inanmaq istəməzdim ki, bu insanlar pis fikrə düşsünlər, amma onlar fərqli-fərqli, bir-biri ilə daban-dabana zidd fikirlər səsləndirdiklərinə görə, həmin təşkilat haqda birmənalı və ya müsbət fikir söyləmək də mümkün olmur". M. İbrahimqızının eyni zamanda bildirdiyinə görə, RATİ-dəkilərin niyyətləri əgər pis olarsa, o zaman Azərbaycan vətəndaşları, Rusiyada yaşayan həmvətənlərimiz onlara dəstək verməyəcəklər. "Bu adamlar pullu, imkanlı insanlardır, Rusiyada kifayət qədər nüfuzları var, amma xalqdan dəstək, etimad almaq başqa şeydir. Onların isə bəziləri heç Azərbaycan dilində düz-əməlli danışa bilmirlər".