Millət vəkili həmsədrləri topa tutdu

“Bəyanat verməklə məsələ həll olunmur”

"Həmsədr ölkələr münaqişə tərəflərini siyasi iradə nümayiş etdirməyə çağırsalar da, konkret nəticə yoxdur". \"OLAYLAR"İA\ Bunu Milli Məclisin  Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Millət vəkili əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti nəticə verməlidir. Diblində ATƏT-in XİN Şurasının toplantısı çərçivəsində həmsədr ölkələrin nümayəndələri bəyanat verməklə kifayətləndilər, amma bəyanat verməklə məsələ həll olunmur: " Əslində, həmsədr ölkələr siyasi iradə nümayiş etdirib, münaqişənin həlli yönündə ciddi addımlar atmalıdırlar. Çünki bu dövlətlər dünya siyasətinə təsir etmək gücündədirlər. Ermənistanın işğalçılıq siyasətinə son qoymaq onlar üçün elə də ciddi problem deyil. Bu dövlətlər yaxşı bilirlər ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, yüz minlərlə dinc insan öz torpaqlarından didərgin düşüblər. Həmsədr dövlətlər bu işğala son qoymaqla dünyada beynəlxalq hüququn və insan hüquqlarının ali prinsip olduğunu və bu məsələdə heç kimə fərq qoyulmadığını nümayiş etdirə bilərlər. Görünən isə odur ki, onlar bu addımı atmağa o qədər də maraqlı deyil".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00