Ərdoğan ABŞ-a müraciət edib
12 Dekabr 2012 18:02 SiyasətTürkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-a müraciət edib: "Amerikalı dostlarımıza səslənirəm. Yaxın Şərqdə iki dövlətli sistemi istəyənlər sizlər deyildinizmi? İndi nə oldu ki Fələstinin dövlət olmasına qarşı çıxdınız?
Bunu anlamaq mümkün deyil". "Azadinform" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin hər zaman Fələstinin yanında olacağını deyən Ərdoğan bundan sonrakı hədəfin Fələstinin BMT-yə tam hüquqlu üzvlüyü olduğunu söyləyib. Baş nazir Fələstində bundan sonra ayrılıq görmək istəmədiklərini də vurğulayıb: "Biz Fələstində nifaq görmək, qardaşın qardaşa düşmənçiliyinə şahidlik etmək istəmirik. Biləsiniz ki, bu ayrılığı istəyən İsraildir. Bu oyuna gəlməyin. Fələstinli qardaşlarımızın aralarındakı anlaşmazlıqları arxada qoyduqları, birlik və bərabərliklərini gücləndirəcəkləri təqdirdə daha böyük uğurlara imza atacaqlarına şübhə etmirəm".