İran Müdafiə Nazirliyi bəyanat yayıb
12 Dekabr 2012 18:00 Siyasət"Mehr" xəbər agentliyinin məlumatına görə, sənəddə İran Müdafiə Nazirliyinin mütəxəssislərinin Şimali Koreyanın ballistik raket sınağı həyata keçirməsi prosesində iştirak etməsi barədə yayılan xəbər təkzib olunub: "Bu cür iddialar "psixoloji müharibə" ilə yanaşı, İsrailin nüvə silahı istehsal etməsini və ABŞ-ın son nüvə sınağını ört-basdır etmək məqsədilə ortaya atılıb".
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst də İranla Şimali Koreyanın raket və nüvə sənayesi sahəsində əməkdaşlıq etdiyi iddialarını yalanlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00