Qorbaçov İstanbula gedir
12 Dekabr 2012 17:45 SiyasətSSRİ-nin son rəhbəri Mixail Qorbaçov sabah İstanbula gələcək. SalamNews-un Türkiyə mətbuatında istinadla verdiyi xəbərə görə, M.Qorbaçov və onu müşayiət edən heyət Şişli Bələdiyyəsinin ev sahibliyi ilə təşkil ediləcək "Yaxın Şərq və Aralıq dənizinin gələcəyi" adlı iclasda iştirak edəcək.
Dünyanın bir çox ölkəsindən gələn alim, siyasətçi və ziyalının qatılacağı yığıncaq İstanbuldakı "Hilton" otelində baş tutacaq.
İki gün davam edəcək iclas çərçivəsində M.Qorbaçov İstanbul Şişli Peşə məktəbinin şagirdləri ilə görüşəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00