Heydər Əliyev Rumıniyada anılıb

Dekabrın 12-də Buxarestdəki Tey Parkı-Heydər Əliyev Xiyabanında Azərbaycanın Rumıniyadakı səfirliyi Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirib. "OLAYLAR"ın məlumatına görə, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak edib. Tədbir iştirakçısı Heydər Əliyevin xatirəsini yad edib. Tədbirdə çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə danışıb, onun Azərbaycan tarixindəki xidmətləri barədə məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00