Heydər Əliyevin ölümündən 9 il ötdü
12 Dekabr 2012 17:13 SiyasətDekabrın 12-də Azərbaycanın mərhum prezidenti, ümummilli lider Heydər Əliyevin vəfatından 9-il ötdü. Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib."OLAYLAR"ın məlumatına görə, bu gün Prezident İlham Əliyev Fəxri Xiyabanda sabiq prezident Heydər Əliyevin məzarını ziyarət edib. Dövlət başçısı Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
Dövlət başçısından sonra dövlət və hökumət üzvləri, dövlət qurumlarının əməkdaşları, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət ediblər. Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət günün axşam saatlarınadək davam edib. Səhər saatlarından paytaxt sakinləri Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzarını ziyarət edib, mərhumun xatirəsini ehtiramla yad ediblər.