AMİP-dən Müsavata sərt cavab

Əli Oruclu: “Arif Hacılının açıqlaması müştəbehlik əlamətidir”

"Arif Hacılının açıqlaması müştəbehlik əlamətidir. O, qəbul edib-etməsə də Azərbaycan Milli İstiqlal Partiyası ölkənin aparıcı siyasi təşkilatıdır və əsas aparıcı siyasi qüvvələrdən biridir". Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının "Mən vahid namizəd mövzusunu Əli Əliyev,Yusif Bağırzadə, Əvəz Temirxan, Sərdar Cəlaloğlu və başqaları ilə müzakirə etməyi təklif etməmişəm. Mən təklif etmişəm ki, bu müzakirələr İctimai Palatada real siyasi qüvvələr, müttəfiqlər arasında aparılsın" açıqlamasına münasibət bildirərkən səsləndirib. Əli Oruclu bildirib ki, müxalifət partiyaları arasında aparılan müzakirələr həmişə problemlərin çözülməsinə xidmət edib: "Bu kimi müzakirələrin aparılmasının nə ziyanı var? Belə çıxır ki, Müsavat Partiyası və ya onun Mərkəzi İcra Aparatının rəhbəri müxalifətin indiki məqamda düşdüyü ağır durumdan çıxmasında, bu istiqamətdə səylərin davam etdirilməsində maraqlı deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00